Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Digahdakı baltalanma hadisəsində ölənlərin sayı 2-yə çatdı

Tarix :
Digahdakı baltalanma hadisəsində ölənlərin sayı 2-yə çatdı

Dünən səhər saatlarında Abşeron rayonu Digah qəsəbəsində qardaşı oğlu tərəfindən baltalanan Hicran Həşimov vəfat edib.
qafqazinfo xəbər verir ki, xəstəxanaya yerləşdirilən şəxs tibbi müdaxiləyə baxmayaraq, dünyasını dəyişib.
Qeyd edək ki, hadisə nəticəsində H.Həşimovun arvadı Zümrüd Həşimova dünən xəstəxanada vəfat etmişdi. Onların qızı Xəyalə Kərimovanın müalicəsi isə davam etdirilir.
Xatırladaq ki, iyulun 3-də Digah qəsəbəsi ərazisində 4 nəfərə kəsici alətlə xəsarət yetirilməsi barədə məlumat yayıb.
Araşdırma zamanı 1974-cü il təvəllüdlü Sərxan Həşimovun aralarında yaranmış mübahisə zamanı Digah qəsəbəsi ərazisində əmisi Hicran Həşimov, əmisinin arvadı Zümrüd Haşımova və əmisi qızı Xəyalə Kərimovaya, Mehdiabad qəsəbəsi ərazisində isə Ələsgər Hüseynova balta ilə xəsarətlər yetirərək onları qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Sərxan Həşimov tutulub. Onun barəsində cinayət işi açılıb.