Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Biləsuvarda maşın çökəkliyə aşdı: baba öldü, nəvəsi isə...

Tarix :
Biləsuvarda maşın çökəkliyə aşdı: baba öldü, nəvəsi isə...

Biləsuvarda ölümlə nəticələnən yol qəzası olub.
Daxili İşlər Nazirliyindən  verilən xəbərə görə, hadisə iyunun 29-da saat 19 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində baş verib. Ağcabədi rayon sakini N.Abbasov idarə etdiyi “KİA” markalı avtomobili çökəkliyə aşırıb.
Nəticədə o, hadisə yerində ölüb, sərnişini olan azyaşlı nəvəsi xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.