Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Ozobiç "Qarabağ"dan ayrılacaq

Tarix :
Ozobiç "Qarabağ"dan ayrılacaq

Cari mövsümün sonunda "Qarabağ"ı tərk edəcək daha bir futbolçunun kimliyinə aydınlıq gəlib.
"Köhlən atlar"la olan anlaşmasının müddəti yayda başa çatacaq Filip Ozobiçlə yeni müqavilə imzalanmayacaq.
Azərbaycan millisinin də üzvü olan 31 yaşlı Ozobiç heyətə düşə bilmədiyinin fərqindədir və karyerasını daha çox oynaya biləcəyi klubda davam etdirməkdə maraqlıdır.  Ağdam klubunun idarəçiləri indilik Filipə "özünə yeni iş yeri tap" deməsələr də, futbolçuya yeni müqavilə təklif edilməməsi faktdır.
Qeyd edək ki, Azərbaycan yığmasının digər üzvü Ramil Şeydayevin də "Qarabağ"dakı taleyi qeyri-müəyyəndir. Yayda azad agent statusu daşıyacaq Ramil "köhlən atlar"ın yeni anlaşma təklifini cavabsız qoyub. (fanat.az)