Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Mbappe, Neymar və Hazard da yardım kampaniyasına qoşuldular

Tarix :
Mbappe, Neymar və Hazard da yardım kampaniyasına qoşuldular

PSJ-nin futbolçular Kilian Mbappe və Neymar, həmçinin "Real"dan Eden Hazard Türkiyə millisinin üzvü Merih Demiralın ölkədə baş verən güclü zəlzələdən zərərçəkənlərə dəstək olmaq üçün başlatdığı kampaniyaya qatılıblar. 
Qol.az "NTV Spor"a istinadən xəbər verir ki, futbolçuların imzalı formaları Demiral vasitəsi ilə hərraca çxıarılıb. Formanın satışından əldə olunan gəlir zəlzələdən zərərçəkənlərə yardım məqsədi ilə Türkiyəyə göndəriləcək. 
Daha əvvəl Kriştiano Ronaldo, Leonardo Bonucci, Paulo Dibala, Alvaro Morata, Antuan Qrizmann, Erlinq Haaland, Lionel Messi, Kevin de Brüyne, İlkay Gündoğan, Emre Can, Harri Keyn, Deyan Kuluşevski də imzalı formalarının Merih Demiral vasitəsi ilə satışa çıxarılmasını və əldə olunan gəlirin Türkiyəyə göndərilməsini istəyib. Rnaldo, Bonucci və Dibalanın forma satışından qazanılan 5 milyon Türk lirəsi artıq qardaş ölkəyə göndərilib. 
Qeyd edək ki, fevralın 6-da Türkiyənin bir neçə bölgəsində güclü zəlzələ baş verib. Son məlumatlara görə, fəlakət nəticəsində 21 min nəfərdən çox insan ölüb, 81 min nəfərdən çox şəxs isə yaralanıb.