
Xəbər verdiyimiz kimi, dekabrın 16-da Gənclər və İdman Nazirliyinin növbəti Kollegiya iclası keçirilib. Nazir Fərid Qayıbovun sədrliyi ilə keçən iclasda gündəliyə əsasən, bir sıra məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul edilib.
“Yeni Əkinçi” xəbər verir ki,kollegiyanın qərarı ilə muaytay idman növü "Azərbaycan Kikboksinq Federasiyası” İB-in fəaliyyət istiqamətinə daxil edilib və ölkə ərazisində yayılan idman növü kimi tanınıb.