Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Bu gün Avropa çempionatı final mərhələsinin püşkü atılacaq

Tarix :
Bu gün Avropa çempionatı final mərhələsinin püşkü atılacaq

Bu gün 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinin püşkü atılacaq.
Hamburqda gerçəkləşəcək tədbir Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Püşkatmaya 21 milli komanda qatılacaq. Son üç vəsiqənin sahibi pley-off mərhələsindən sonra bəlli olacaq. A, B və C yollarından gələcək yığmalar 4-cü səbətdə yer alacaqlar.
AVRO-2024 səbətlər:
I Səbət: Almaniya, Portuqaliya, Fransa, İspaniya, Belçika, İngiltərə;
II Səbət: Macarıstan, Türkiyə, Rumıniya, Danimarka, Albaniya, Avstriya;
III Səbət: Niderland, Şotlandiya, Xorvatiya, Sloveniya, Slovakiya, Çexiya
IV Səbət: İtaliya, Serbiya, İsveçrə, A yolunda pley-off qalibi, B yolunda pley-off qalibi, C yolunda pley-off qalibi.
Qeyd edək ki, Avropa çempionatı 14 iyun - 14 iyulda Almaniyanın 10 şəhərində təşkil olunacaq.