Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Boksçularımız Avropa üçüncüsü OLDU

Tarix :
Boksçularımız Avropa üçüncüsü OLDU

Rumıniyanın Ployeşti şəhərində keçirilən yeniyetmə boksçular arasında Avropa çempionatında yarımfinal mərhələsinin döyüşləri baş tutub.
Finala gedən yolda Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb.
Ardıcıl 3 döyüşünü qələbə ilə başa vuran Elbrus Kərimli (54 kq) 1/2 finalda David Jiqjjavinlə (Ukrayna) üz-üzə gəlib. Rəqib qələbə qazandığından Azərbaycan təmsilçisi yarışı bürünc medalla başa vurub.
Qızların mübarizəsində isə İlkanə Əhmədova (+80 kq) Avropa birinciliyini 3-cü pillədə bitirib. Rumıniyalı Denisa Manu ilə döyüşdə uduzan boksçu bürünc medalla kifayətlənib.
Qeyd edək ki, 32 ölkədən 378 (260 oğlan, 118 qız) boksçunun qatıldığı Avropa birinciliyində final döyüşləri iyulun 30-da keçiriləcək.