Fransanın PSJ klubu ulduz futbolçusu Lionel Messi ilə yollarını ayırıb.
Bu barədə Paris təmsilçisinin baş məşqçisi Kristof Qaltye açıqlamasında məlumat verib.
Qeyd edək ki, Lionel Messi 2021/2022 mövsümünün əvvəlində İspaniya "Barselona"sından PSJ-yə keçib. Cari mövsüm 40 oyunda meydana çıxan argentinalı forvard 21 qol və 20 məhsuldar ötürmə ilə yadda qalıb.