Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Şahmatçımız dünya yığmasına dəvət aldı

Tarix :
Şahmatçımız dünya yığmasına dəvət aldı

Aprelin 17-dən 19-dək Qazaxıstanın paytaxtı Astanada şahmatın blitz növü üzrə Qazaxıstan komandası ilə dünya yığması arasında yoldaşlıq görüşü keçiriləcək.
Görüş aprelin 7-dən mayın 1-dək Astanada keçiriləcək Dinq Lirenlə Yan Nepomnyaşiy arasında şahmat tacı uğrunda oyuna həsr olunacaq.
FIDE tərəfindən dünya yığmasına Azərbaycan millisinin üzvü, Avropa çempionatının gümüş mükafatçısı Günay Məmmədzadə də dəvət olunub.
Həmyerlimizlə yanaşı dünya komandasında Hou Yufan, Nana Dzaqnidze və digər tanınmış şahmatçılar çıxış edəcək.