Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

"Real" Mbappeni bu şərtlə alır: üzr istəsin...

Tarix :
"Real" Mbappeni bu şərtlə alır: üzr istəsin...

“Real Madrid” 2024-cü ilin yayında PSJ-nin hücumçusu Kilian Mbappeni transfer etməyə hazırdır.
Xarici media xəbər verir ki, klub hücumçu üçün iki şərt irəli sürüb. Birincisi, transfer pulsuz olmalıdır, yəni Mbappenin PSJ ilə müqaviləsi başa çatdıqdan sonra baş tutmalıdır. İkincisi, hücumçu açıq şəkildə səhv etdiyini etiraf etməli və 2021-ci ilin yayında şifahi razılıq əldə etdikdən sonra transferdən imtina etdiyinə görə Madrid komandasının rəhbərliyindən üzr istəməlidir.
19 dekabr 2022-ci ildə Mbappenin PSJ-dən ayrılmaq istəməsi məlum olub. Futbolçu maaşını ciddi şəkildə kəsməli olsa belə, Fransanı tərk edib daha güclü liqaya keçmək arzusunda olduğunu bildirib.