Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

“Whatsapp”dan yeni funksiya: Mesajlarınızı 15 dəqiqə...

Tarix :
“Whatsapp”dan yeni funksiya: Mesajlarınızı 15 dəqiqə...

“Whatsapp” sosial şəbəkəsi mesajları redaktə etmək funksiyasını istifadəyə verəcək. 
Lent.az xəbər verir ki, bu barədə “WABetaInfo” saytı məlumat yayıb. 
Belə ki, bu proses artıq uzun müddətdir sınaqdan keçirilirdi. Amma artıq rəsmi olaraq istifadəyə verilməsi dəqiqləşib. 
Məlumata görə, yeni funksiyanın köməyi ilə mesajın göndərilməsindən sonra 15 dəqiqə ərzində onu redaktə etmək mümkün olacaq. Yenilik hələ ki, Androidlərin beta versiyası üçün aktivdir. 
Xatırladaq ki, bu funksiya “Telegram” sosial şəbəkəsində xeyli vaxtdır ki, mövcuddur.