Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Məhsa Əminin ailəsi ev dustağı oldu

Tarix :
Məhsa Əminin ailəsi ev dustağı oldu

“İran rəhbərliyi Məhsa Əmininin ailə üzvlərini ev dustaqlığına məhkum edib”.
Xarici KİV-lər xəbər verir ki, bu barədə məlumatı Məhsa Əmininin qohumu İrfan Murtazai açıqlayıb. 
Onun sözlərinə görə, ailə Məhsanın ölümünə görə ölkə rəhbərliyinin məsuliyyət daşıdığını hesab edir. 
Xatırladaq ki, İranda sentyabrın 16-sı 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirib. Bunun ardınca ölkədə kütləvi etiraz və iğtişaşlar baş verib. Aksiyalar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara atəş açıb.
Oktyabrın 26-sı isə Məhsa Əmininin ölümündən 40 günün keçməsi ilə əlaqədar olaraq iranlılar küçələrə axışıblar. İranın təhlükəsizlik qüvvələri nümayişçilərə atəş açaraq, minlərlə insana qarşı odlu silah və gözyaşardıcı qazdan istifadə ediblər.