Avropanın daha bir kraliyyət ailəsində böhran başlayıb

access_time31-12-2022, 14:45 visibility16 categoryDünya
Danimarka kraliyyət ailəsinin yeni portreti cəmiyyətdə monarx ailəsindəki parçalanma ilə bağlı yeni söz-söhbətə səbəb olub.
Məlumata görə, bir gün əvvəl Danimarka kral ailəsinin rəsmi hesabında kraliça II Marqretin oğulları Şahzadə Frederik və Şahzadə Yoahim, onların həyat yoldaşları Meri və Mari ilə birlikdə yeni portreti paylaşılıb.
“Bu il II Marqret hakimiyyətinin 50 illiyini qeyd etdi. Yubiley ilinin sonunda biz Danimarka Kraliçasının və onun ailəsinin yeni portretlərini dərc edirik. Onları fotoqraf Per Morten Abrahamsen IX Kristianın Amalienborqdakı sarayının cəngavər zalında çəkib”, - deyə paylaşıma izah yazılıb.
Danimarka kral ailəsinin pərəstişkarları “fotodan düşmənçilik iyini” hiss etdiklərini deyiblər.
Şəkildə II Marqret, Frederik və Meri ön planda, Yoahim və Mari isə onlardan bir qədər məsafəli vəziyyətdə durublar. İkinci şəkildə isə  monarx ancaq vəliəhd şahzadə və xanımı ilə şəkil çəkdirib.
Əslində bu cür düzülüş təsadüfi deyil. Sentyabr ayında məlum oldu ki, 2023-cü il yanvarın 1-dən Yoahimin övladları kraliçanın qərarına əsasən “Danimarka şahzadəsi” titullarını itirəcəklər, onlar yalnız Monpeza qrafı və qrafinyası titullarından istifadə edə biləcəklər. Bu addıma rəsmi səbəb kimi kral ailəsinin kiçik oğlu Şahzadə Yoahimin dörd uşağının normal həyat sürməsinə icazə vermək istəməsi göstərilib.
Maraqlıdır ki, kraliçanın digər oğlu - 54 yaşlı vəliəhd Şahzadə Frederikdən doğulan dörd nəvəsi titullarını qoruyacaq.
“Gözəl insanlardır, amma qəribə, ahəngsiz ailə quruluşları var”, “Frederikin Yoahimə arxa çevirməsi bir az qəribədir”, “Bu necə düzülüşdür. Yoahim və Marinin niyə bunda iştirak etdiyini başa düşmürəm”, - deyə sosial şəbəkə istifadəşiləri narazılıqlarını bildiriblər.
Mənbə: Gazeta.ru


Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş