"Ermənistan-Azərbaycan sülhünə dəstək verməyə hazırıq" - Lavrov

Tarix :
"Ermənistan-Azərbaycan sülhünə dəstək verməyə hazırıq"

Rusiya Federasiyası, İran və Türkiyə xarici işlər nazirliklərinin rəhbərləri Ermənistan və Azərbaycana sülh müqaviləsi üzərində işi başa çatdırmaq üçün “3+3” platformasından istifadə etməyi təklif ediblər. 
"Yeni Əkinçi" xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “3+3” Cənubi Qafqaz regional əməkdaşlıq platformasının İstanbulda keçirilən iclasında deyib. 
O əlavə edib ki, tərəflər maraq göstərərsə, Rusiya və İran Ermənistan-Azərbaycan nizamlanmasına dəstək verməyə hazırdır.