Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Rus musiqisini dinləməyə görə cərimə tətbiqi təklif edilir

Tarix :
Rus musiqisini dinləməyə görə cərimə tətbiqi təklif edilir

Ukraynada rus musiqisini dinləməyə görə cərimə tətbiqi təklif edilib.
APA xəbər verir ki, bu barədə məlumat Ukrayna Ali Radasının rəsmi saytında yerləşdirilib.
Qanun layihəsinə əsasən, ictimai yerlərdə rus musiqisinə qulaq asmağa, insanların kütləvi toplaşdığı yerlərdə rus mahnılarının ifasına, onların nümayişinə görə cərimələr tətbiq edilə bilər.
Bu hal ilk dəfə baş verdiyi zaman cərimə 5100-8500, təkrar baş verdiyi zaman isə 17.000-25.500 Ukrayna qrivnası məbləğində dəyişəcək.