Türkiyə müdafiə sənayesi şirkətləri dünya sıralamasında

access_time8-08-2023, 09:54 visibility25 categoryDünya
“Defence News” jurnalının müdafiə satışları əsasında dərc etdiyi 2023-cü il üçün "Defense News Top 100" siyahısı açıqlanıb.
Buna əsasən, 2022-ci ildə 3 olan siyahıda Türkiyə müdafiə sənayesi şirkətlərinin sayı bu il 4-ə yüksəlib.
1)   Ötən il siyahının 49-cu pilləsində olan Hərbi Elektronika Sənayesi şirkəti ASELSAN bu il 47-ci pilləyə yüksələrək Türkiyə şirkətləri arasında liderliyini qoruyub.
2)   “Turkish Aerospace İndustries” anonim şirkəti TUSAŞ keçən il 67-ci yerdə ikən bu il siyahıda 58-ci yerə çıxaraq mühüm sıçrayışa imza atıb.
3)   ROKETSAN 2022-ci ildə 86-cı sırada idisə, 2023-cü ildə 80-ci pilləyə yüksəlib.
4)   Siyahıya ilk dəfə daxil olan “Military Factory and Shipyard Operations İnc” - ASFAT siyahıda 100-cü yerdə qərarlaşıb.
Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş