Pakistan və BVF 3 milyard dollarlıq kreditlə bağlı razılığa gəliblər

access_time30-06-2023, 16:25 visibility29 categoryDünya
Cənubi Asiya ölkəsi Pakistan ilə uzun müddətdir iqtisadi böhran yaşayan BVF arasında aparılan danışıqlar başa çatıb. BVF-nin rəsmi internet saytından verilən açıqlamada Pakistanla 3 milyard dollar dəyərində stand-by razılaşmasının əldə edildiyi açıqlanıb. Bildirilib ki, saziş BVF-nin İcraiyyə Şurası tərəfindən qəbul edilməlidir. Pakistan səlahiyyətliləri ilə danışıqlar aparan BVF rəsmisi Nathan Porter razılaşmadan sonra verdiyi açıqlamada, "Pakistan iqtisadiyyatı 2022-ci ildə milyonlarla pakistanlının həyatına təsir edən dağıdıcı daşqınlar və beynəlxalq əmtəə qiymətlərinin artması kimi müxtəlif şoklarla üzləşib".-deyilib.

Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş