Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Madonnanın xəstəliyinin təfərrüatları açıqlandı

Tarix :
Madonnanın xəstəliyinin təfərrüatları açıqlandı

Amerikalı pop müğənni Madonna huşsuz vəziyyətdə xəstəxanaya çatdırılana qədər bir ay yüksək hərarətlə mübarizə aparıb. 
Bu barədə TMZ məlumat yayıb.
Nəşrin məlumatına görə, 64 yaşlı Madonna bütün diqqətini qarşıdan gələn Celebration turunun məşqlərinə cəmlədiyi üçün xəstəliyin simptomlarına məhəl qoymayıb və həkimə müraciət etməyib. Müğənninin həkimləri hesab edirlər ki, hərarət müalicə olunmadığı üçün daha da pisləşən infeksiyanın əlaməti olub.
TMZ öz mənbələrinə istinadən əlavə edib ki, Madonna indi özünü daha yaxşı hiss edir, lakin yaxınları onun həkimin göstərişlərinə zidd gedəcəyindən və mümkün qədər tez dünya turnesinə başlamaqda israrlı olacağından narahatdırlar.
İyunun 28-də Madonnanın meneceri Qay Osiri onun iyunun 24-də xəstəxanaya aparıldığını açıqlayıb. O, sənətçinin ciddi bakterial infeksiyaya yoluxduğunu, buna görə bir neçə gün reanimasiya şöbəsində yatdığını və intubasiya edildiyini deyib. Madonnanın vəziyyəti o qədər ağır olub ki, ailədə onun həyatından ciddi şəkildə narahatlıq yaranıb və xəstəxanaya yerləşdirildikdən sonra ən pis vəziyyətə hazırlıq gedib.