Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Ruslar Xerson əhalisinin bir hissəsini köçürür

Tarix :
Ruslar Xerson əhalisinin bir hissəsini köçürür

Ukraynanın Xerson vilayətini işğal etmiş ruslar Dneprin sağ sahilindəki yerli sakinləri çayın sol sahilinə köçürürlər.
TASS xəbər verir ki, bu barədə vilayətin Alyoşki şəhərinin ruslar tərəfindən işğaldan sonra yaradılmış qondarma administrasiyasından məlumat verilib.
"Xersonda sakinlərin Dnepr çayının o biri tərəfinə mütəşəkkil hərəkəti başlayıb. Bunun üçün insanları Xersondan Alyoşkiyə və Qola Pristana daşıyan bərələr işə salınıb. Orada müvəqqəti yerləşdirmə mərkəzi də yaradılıb. Xilasedicilər istiqamətlər üzrə köçürülmləri tənzimləyirlər. Onlar bunu insanların öz istəyi əsasında edəcəklər", - “administrasiya”nın “Telegram” kanalında bildirilib.