Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

"Qırğızıstanla Tacikistan sərhədinə KTMT qüvvələri yerləşdirilsin"

Tarix :
"Qırğızıstanla Tacikistan sərhədinə KTMT qüvvələri yerləşdirilsin"

Qırğızıstanın müdafiə naziri Baktibek Bekbolotov sülhün qorunması üçün Tacikistanla sərhəddə KTMT-nin kiçik kontingentinin yerləşdirilməsini təklif edib.
Xarici KİV xəbər verir ki, o, bu barədə Bişkekdə keçirilən mətbuat konfransında deyib. 
“Mən bu yaxınlarda KTMT-nin baş katibi Zas ilə görüşdüm. Ona dedim ki, Qırğızıstanla Tacikistan arasında sülh olmayacaq. Niyə? Çünki qırğızların, taciklərin öz haqqı var. Nə qədər ki, aramızda vasitəçi hakim yoxdur, məsələn, KTMT-nin böyük ordusu yoxdur, sülh də olmayacaq”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, tərəflərin sərhədə əlavə qüvvə və texnika gətirməməsi üçün sülhməramlılar atəşkəs rejiminə nəzarət edə və monitorinq apara bilərdilər.
"Bu problemlər həll olunanda siyasi məsələlər də həll oluna bilər, sərhədlərin müəyyənləşdirilməsi və demarkasiyası davam etdirilə bilər", - o vurğulayıb.
İki dövlət arasında qeyri-müəyyən ərazilər müntəzəm olaraq münaqişə zonasına çevrilir. Sonuncu dəfə Tacikistan-Qırğızıstan sərhədində vəziyyət sentyabrın 14-16-da gərginləşib. Qırğızıstan tərəfi hərbi toqquşmalar nəticəsində 63 nəfərin öldüyü, 198 nəfərin yaralandığı barədə məlumat verib. Tacikistan tərəfi 41 nəfərin öldüyünü, 30 nəfərin yaralandığını açıqlayıb.