Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Bu ölkədə terror aktında 13 əsgər həlak oldu

Tarix :
Bu ölkədə terror aktında 13 əsgər həlak oldu

Burkina-Fasoda silahlı qrup Qurma əyalətinin Natiaboani şəhərində hərbi karvana hücum edib.
Xarici KİV xəbər verir ki, hadisə nəticəsində 13 əsgər həlak olub, çoxlu sayda hərbçi yaralanıb.
Bildirək ki, Burkina-Fasoda hərbçilər ölkədəki təhlükəsizlik vəziyyətini əsas gətirərək sentyabrın 30-da hakimiyyəti ələ keçirib.
Qonşu Malidəki Əl -Qaidə və İŞİD-ə bağlı terror qrupları 2015-ci ildən bəri Burkina-Fasonun şimalında və şərqində tez-tez hücumlar həyata keçirir.
Hökumətin məlumatlarına görə, 2015-ci ildən 2021-ci ilin dekabrına kimi hücumlarda 600-ü təhlükəsizlik qüvvələri olmaqla 2000 nəfər həlak olub.