Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Habil Vəliyevdən Pərviz Həşimliyə tərs şillə.... -Mənim dostlarım Qarabağ qaziləri, Pərvizin Həşimlinin dostları Əli Kərimovlardır... (I YAZI)

Tarix :
Habil Vəliyevdən Pərviz Həşimliyə tərs şillə.... -Mənim dostlarım Qarabağ qaziləri, Pərvizin Həşimlinin dostları Əli Kərimovlardır... (I YAZI)

“Sabah news” qəzetinin baş redaktoru Habil Vəliyev onun barəsində Gununsesi.info saytının baş redaktoru Pərviz Həşimlinin yazdığı şər-böhtana cavab olaraq bildirib: Pərviz Həşimlinin barəmdə yazdıqları “Adımı sənə qoyum...”, “Oğru elə bağırdı ki...” el məsələlərini yada salır. Bu adamın həyatı şər-böhtandan, muzdlu-sifarişli yazılar yazmaqdan ibarətdir. 
Mənim adımı rektçilikdə hallandıran Pərviz Həşimli bilməlidir ki, məndən öncə onu 2013-cü il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyi  həbs edib. Onun barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci və 228.2.2 (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama - təkrar törədildikdə) maddələri ilə cinayət işi açılıb. O, İrandan gətirilən silahların alveri ilə məşğul olub. Və nəticədə 2014-cü ilin mayın 15-də Pərviz Həşimli 8 il 6 ay  azadlıqdan məhrum edilib. 
İndi özünüz düşünün, bu qədər ağır cinayət maddələri ilə ittiham olunan, sonra Prezidentimizin humanist siaysəti nəticəsində əfv olunan adamın  mənə şər-böhtan atması hansı məntiqə, hansı mənəviyyata sığır..? 
Pərviş Həşimli dövlətimizə  münasibəti bəlli olan İrana nökərçilik edəndə, mən Qarabağda vuruşmuşam, dövlətimizə qulluq etmişəm. Pərviz Həşimli yazır ki, Habil Vəliyev həbsdə olduğu illər ərzində nə yerli, nə də beynəlxalq insan hüquqları təşkilatları onun azadlığı üçün bir dəfə də olsun hökumətə səslənməyib. Doğrudur, məni beynəlxalq təşkilatlar müdafiə etməyib. Çünki mən Pərviz Həşimli kimi beynəlxalq təşkilatlara nökərçilik etməmişəm, xarici səfirliklərin qarşısında qaraçılıq etməmişəm, ancaq öz dövlətimdən haqq-ədalət gözləmişəm. Pərviz Həşimli kimilər isə həmişə beynəlxalq təşkilatların əllərində alət olublar. 
Pərviz Həşimlinin keçmişinə nəzər salın. Bu adam AXCP-nin üzvü olaraq Əli Kərimlinin muzdlu mirzəsi olub, onun sifarişi ilə Azadlıq qəzetində dövlətimizin əleyhinə yazılar yazıb, iqtidarı gözdən salmağa çalışıb. Pərviz Həşimlinin dostlarının çoxu indi xaricdə oturub söyüş yağdıranlardır, amma mənim dostlarımın əksəriyyəti Qarabağ qazilərdir. 
İndi fərqi bildinizmi..? Pərviş Həşimli bu gün də əməllərini davam etdirir. Yeni ağalarına, Cavidə, Zaman Novruzova, Ramellaya qulluq edir. Biz gözəl bilirk ki, Pərviz Həşimliyə daş atdıran  kimlərdir..? Amma atalar demiş, it hürər, karvan yoluna davam edər. 
Son günlər barəsində mətbuatda yazılar gedən, Füzuli Təhsil şöbəsinin müdiri Ramella Şaunmyan qızı Məmmədova, Dəmir Yol ASC-nin sədr müavini Zaman Novruzov və başqaları əl-ayağa düşüblər və tələsik Pərviz Həşimliyə  sifariş veriblər. Deyəsən, Pərviz Həşimli də Şaumyanın qızının sifarişini canla, başla yerinə yetirir. 
Hətta o da bizə bəllidir ki, Cavid müəllim Pərviz Həşimlini Zaman Novruzova möhkəm-möhkəm tapşırıb ki, hər ay payını göndər. Əli Kərimli də Pərviz Həşimlini SOROS-un payına qonaq edir. Sözün qısası, bu adam iqtidar, müxalifət, məmurlar arasında su bulandırmaqla məşğuldur, neçə cəbhəyə qulluq edir. 
Xalqın gözü də tərəzidir, kimin kim olduğunu gözəl bilir, ay Pərviz kimilər... Amma Habil Vəliyev və Qarabağ Qaziləri, Habil Vəliyev haqqında şər-böhtan yazılarına görə, Pərviz Həşimlini məhkəməyə verdilər. Qoy Hüquq Mühafizə Orqanları və məhkəmələr bu qaçaqmalçı "reket jurnalisti" özləri ittiham etsinlər. /Sabahnews.az/