15 saylı Notariatın xüsusi notarisu Afiq Məmmədovun fəaliyyəti yoxlanmalıdır- Notariatın fəaliyyəti, qanun pozuntuları və mübahisələr

Tarix :
15 saylı Notariatın xüsusi notarisu Afiq Məmmədovun fəaliyyəti yoxlanmalıdır-

Hər kəsə bəllidir ki, Azərbaycanın dövlətçilik tarixində Ədliyyə Nazirliyinin özünəməxsus yeri var. Belə ki, XX əsrin əvvəllərində Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən dərhal sonra, Milli Hökumətin tərkibində Ədliyyə Nazirliyi də təşkil olunur və 22 noyabr 1918-ci il tarixdə onun Əsasnaməsi təsdiq edilir. Həmin vaxtlardan indiyə qədər Nazirlik böyük tarixi inkişaf yolu keçmiş və getdikcə də təkmilləşmişdir.

Başqa bir faktı da qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Ədliyyə orqanlarının inkişafı haqqında” xüsusi Fərmanı imzalaması və Nazirliyin yeni strukturunun təsdiq edilməsi, məhz Azərbaycan ədliyyəsinin təkmilləşdirilməsi sahəsində yeni mərhələnin əsasını qoyur. Bu Fərmanın imzalanmasından sonra, Nazirliyin strukturunda ciddi dəyişikliklər edilir, bir sıra qurumların funksiyaları dəqiqləşdirilir, digərlərinin statusu genişləndirilir, həmçinin insan hüquqlarının təmin olunmasına, hüquqi maarifləndirmə və informasiya təminatı işinin yaxşılaşdırılmasına, ictimaiyyətlə əlaqələrin gücləndirilməsinə xüsusi diqqət yetirilir. Bir sözlə, cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi ötən illər ərzində Ədliyyə Nazirliyinin fəaliyyətində əsaslı dəyişikliklər həyata keçirilmiş, Nazirlik müstəqil Azərbaycan Respublikasının hüquq siyasətini həyata keçirən əsas orqanlardan birinə çevrilmişdir. Hazırda bu sahədə çalışan bəzi şəxslərin üzərinə düşən vəzifə borclarını lazımınca yerinə yetirə bilmədiklərini, yaxud da hansısa qanunsuzluq əməllərinə qol qoymalarını gördükdə, o zaman hər kəsdə belə bir fikir formalaşır ki, deməli həmin şəxslər bugünkü hüquq siyasətinin əhəmiyyətinə heç də ciddi yanaşmırlar

Bütün bunlar onu söyləməyə əsas verir ki, bu gün də Ədliyyə Nazirliyinin sturukturlarında ölkə qanunvericiliyinin tələblərinə məhəl qoymayan, hansısa maraqlar çərçivəsində addımlarını atan bir çox vəzifə sahibləri var ki, həmin şəxslərə qarşı lazımi mübarizə tədbirlərini görməyin zamanı çoxdan çatıb.
Yeniekinci.az-a daxil olan məlumata görə,qanunsuzluqların geniş vüsət aldığı notariatlardan biri də 15 saylı notariat kontorudur və həmin notariat kontorunun xüsusi notariusu Afiq Məmmədovdur.
Tanışlıqla bəzi işlərin haqq-hesab edilməsi və digər müxtəlif qanun pozuntularının olduğu 15 saylı notariat kontorunun və həmin notariat kontorunun notariusu Afiq Məmmədovun fəaliyyətini ciddi araşdırmağa ehtiyac var.
Etibarlı mənbələrdən daxil olan məlumata görə,notariatda sənədlərin hazırlanması zənglə idarə olunur.Və bu işi də Afiq Məmmədovun tapşırığı ilə ona yaxın şəxs icra edir.Sanki restoranda masa rezerv edərmiş kimi qabaqcadan sənədləri hazırlatdırırlar.Bu da işbazların,dələduzların işlərini asanlaşdırır.Yəni ki,onların dələduzluq etdiyi şəxsi hansısa bir yol ilə aldadıb notariat ofisinə gətirməyə nail olur və 30 saniyə çəkən proseslə qol çəkdirir.İnsanlar amma nəyə qol çəkdiyini bilə bilmillər.Əslində isə notariat sistemi necə olmalıdır ?

Ölkənin Notarial sistemi-mövcud qanunvericilikdə nəzərdə tutulmuş hüquqi hərəkətləri tənzim etməklə Azərbaycanda rəsmi və doğru sənədlərin hüquqları və hüquqi əhəmiyyətli faktların təsdiqini və digər notarial əməliyyatların aparılmasını təmin edən Ədliyyə qurumudur. Dövlət və xüsusi notariat fəaliyyəti ilə məşğul olan notariuslar, əqdlərin və etibarnamələrin təsdiq edilməsini, miras əmlakın mühafizə olunmasını, vərəsəlik hüququnu təsdiq edən şəhadətnamələrin verilməsini, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələrin verilməsini, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələrin verilməsi və o cümlədən vacib olan sənədlərdəki imzaların həqiqiliyini təsdiq edən bir sıra mühüm vəzifələri yerinə yetirir. Lakin dövlət qanunlarının qeyri-obyektiv məcraya yönəlməsini təmin edən bir çox notariat kontorlar var ki,qanunsuzluq edirlər.


Azərbaycan qanunvericiliyinə uyğun olaraq, notariusların hüquq və vəzifələri haqqında qanunda göstərilir ki, Notarius öz vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün kömək göstərməlidir


Azərbaycanda notariusların hüquq və vəzifələri, notariat fəaliyyətinin həyata keçirilməsi zamanı fiziki və hüquqi şəxslərə hüquqlarını izah etmək, onların qanuni mənafelərini qorumaq və bu hüquqların həyata keçirilməsi üçün kömək göstərmək öhdəliyini ehtiva edir. Azərbaycan Respublikasının Notariat haqqında qanunu və digər qanunvericilik aktları notariusların fəaliyyətini tənzimləyir. Notarius, öz fəaliyyətində əldə etdiyi məlumatları gizli saxlamalıdır.



 Ümid edirik ki,Cənab Fikrət Məmmədov 15 saylı notariat kontorunun xüsusi notariusuna aidiyyatı üzrə lazımi tapşırığını da verəcək və kontorda ciddi yoxlamalar başlanacaq.
Habil Vəliyev Yeniekinci.az