“Minatəmizləmə haqqında” qanun layihəsi müzakirəyə çıxarılır

Tarix :
“Minatəmizləmə haqqında” qanun layihəsi

Sabah Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçiriləcək.
"Yeni Əkinçi" xəbər verir ki, iclasda yeni hazırlanan “Minatəmizləmə haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq.
Eyni zamanda, “Yol hərəkəti haqqında” qanunda dəyişiklik edilməsi barədə layihə müzakirə ediləcək.