
Azərbaycan Respublikasının Milli Məclisinə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərdə 122 saylı Xankəndi seçki dairəsindən deputatlığa namizəd Jalə Oqtayzadə parlament seçkiləri ilə bağlı təşviqat kampaniyasını davam etdirir.
“YENİ ƏKİNÇİ” xəbər verir ki, həkim-endokrinoloq Jalə Oqtayzadə Xankəndidə seçicilərlə görüşlər keçirib.
Seçicilərin böyük marağı ilə keçən görüşlərdə Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin tam bərpa edilməsindən, ölkəmizdə həyata keçirilən uğurlu islahatlardan danışılıb və seçiciləri maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb.
Daha sonra Jalə Oqtayzadə görüşdə seçicilərə öz seçki platforması barədə məlumat verib və deputat seçiləcəyi təqdirdə görəcəyi işlərdən danışıb.
Seçicilər deputatlığa namizəd Jalə Oqtayzadəyə dəstəklərini ifadə ediblər.
Qeyd edək ki, Jalə Oqtayzadə sentyabr ayında baş tutan 1 günlük antiterror əməliyyatından sonra müzəffər ordumuzun işğaldan azad etdiyi Xankəndi şəhərində könüllü olaraq həkim kimi fəaliyyətə başlayıb. O, oktyabr-iyun ayları ərzində Xankəndi Şəhər Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. Həkim-endokrinoloq seçkidə "Qalib xalqın səsi” şüarı ilə iştirak edir.