Dünya,Olimpiya və Avropa Çempionları İdman Xadimi Cavanşir Qurbanovu ziyarət ediblər- FOTOLAR

Tarix :
Dünya,Olimpiya və Avropa Çempionları İdman Xadimi Cavanşir Qurbanovu ziyarət ediblər- FOTOLAR

Dünya və Avropa Çempionları İdman Xadimi Cavanşir Qurbanovu ziyarət ediblər
Məlumatı Azərbaycan Yazıçılar Birliyinin üzvü, nəğməkar-şair, Prezident təqaüdçüsü, "Fire Land Group"-un rəhbəri,Cavanşir Qurbanovun oğlu Cəlal Qurbanov öz İnstagram hesabında qeyd edib.
Azərbaycan güləşinin tanınmış idmançıları Olimpiya, Dünya və Avropa Çempionlarımız  Xəzər İsayev, Piterli Məşkur Qasımov, Bakılı Oleq Krapivin, İlham Umayev, Namiq və Arif Abdullayev qardaşları, Rövşən Umudov, İsmayıl Çöpsiyev, Rəsul Çunayev, İlqar Abdulov və Hacı Əliyev Ağsaqqalları İdman Xadimi Cavanşir Qurbanovu ziyarət ediblər. Cavanşir Qurbanov Hacı Əliyevi Parisdə keçiriləcək Olimpiya oyunlarına vəsiqə qazanması münasibəti ilə təbrik etmiş və ona öz dəyərli tövsiyyələrini vermişdir. Məşkur Qasımov və Oleq Krapivinin Azərbaycanda güləşin inkişafında göstərdikləri  xidmətlərinə görə onlara öz təşəkkürünü bildirmişdir. Eyni zamanda o, Azərbaycan yığma komandalarının bütün üzvlərinə və olimpiya oyunlarına vəsiqə almış idmançılara uğurlar arzulamışdır.
Görüşün sonunda Hacı Əliyev öz rəsmi idman formasını idman ustadı Cavanşir Qurbanova hədiyyə edib.
Qeyd edək ki,Cavanşir Qurbanov uzun illər Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti və  Milli Güləş Federasiyasının Prezidenti olmuşdur.