Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Surət Hüseynovun aeroportda ürəyi dayanıb, xəstəxanaya aparılanda döyünməyə başlayıb - YENİLƏNİB + VİDEO

Tarix :
Surət Hüseynovun aeroportda ürəyi dayanıb, xəstəxanaya aparılanda döyünməyə başlayıb - YENİLƏNİB + VİDEO

Səhhəti qəfil pisləşən sabiq baş nazir Surət Hüseynov yerləşdirildiyi İstanbul Arnavutköy Dövlət Xəstəxanasından özəl tibb müəssisəsinə köçürülüb.
Surət Hüseynov indilərdə özəl xəstəxanaya aparılıb.
Xəstəxanada olan yaxınlarının sözlərinə görə, Surət Hüseynov səhhətindəki problemlərlə əlaqədar olaraq Moskvadan Moldovaya getmək üçün İstanbuldakı yeni hava limanına gəlib.
O, elə aeroportda infarkt keçirib, ürəyi dayanıb. İlk olaraq onun həyatını itirdiyi güman edilib. Xəstəxanaya aparılan zamanı ürəyi fəaliyyətini bərpa edib.
Surət Huseynovun səhhəti stabildir, angioqrafiya (anju) olunacağı bildirilir, eyni zamanda, böyrəklərində və mədəsində də problemlərin olduğu deyilir.
“Hələ dəqiq bilinmir, nə baş verib”.
Bu sözləri Surət Hüseynovun Kamran adlı kürəkəni bildirib.
Onun sözlərinə görə, Surət Hüseynov hazırda İstanbulda xəstəxanaların birindədir:
“Onun reanimasiyada olduğu bildirilir. Hələ ki oraya gedib çıxan olmayıb. Ona görə də dəqiq heç nə deyə bilmərik. Deyirlər, komaya düşüb”.
Surət Hüseynovun kürəkəninin sözlərindən belə anlaşılıb ki, keçmiş baş nazirin səhhəti qəfil pisləşib. Çünki onun səhhətində problemlərin olduğu müşahidə olunmayıb.
“Vallah, bilinmir, qəfil olub, deyəsən. Bir oraya gedək çıxaq, ondan sonra dəqiq biləcəyik. Hələlik heç nə deyə bilmirik”, - Surət Hüseynovun kürəkəni söyləyib.


Sürət Hüseynov komaya düşüb.
Bu barədə sabiq baş nazirin yaxınları məlumat veriblər.
Həkimlər əvvəlcə onun öldüyünü zənn ediblər. Lakin sonradan məlum olub ki, o, komadadır. Yaxınları Sürət Hüseynovun hazırda reanimasiyada olduğunu bildirirlər.

Azərbaycanın sabiq baş naziri Surət Hüseynov vəfat edib.
Bu barədə Surət Hüseynovun yaxınları bildiriblər.
Məlumata görə, Moskvadan İstanbula gələn Surət Hüseynov təyyarə eniş edən zaman ürəktutmasından vəfat edib.