
"Deyirlər bəziləri elə sanır ki, yaşayır. Əslində olan isə onların sürünməyidir. Mühüm olan mövcud olmaq deyil, mühüm olan yaşamaqdır. Mühüm olan çox yaşamaq deyil, necə yaşamaqdır".
Bu sözləri müğənni Elnarə Xəlilova sosial şəbəkə hesabında yazıb.
"Allahdan qorxanlar üçün haqq-ədalət - ilahi ədalət deyilən bir şey var. Bunu ağlı olan heç kəs unutmasın. Çünki yaşadığımız həyat bir bumeranqdır və hər şey karmadır. Əslində nə tökürsən aşına, o da çıxır qaşığına. Odur ki, gözlə məni, gözəlim, yoldayam, gəlirəm.
Anlamağa çətinlik çəksən, rus dilinə tərcümə elə", - deyə müğənni qeyd edib.
Hər kəs Elnarənin kimə söz atdığı ilə maraqlansa da, sənətçi ad çəkməyib.