
2 İyul-Azərbaycan Polisinin 105- ci il dönümü Neftçala rayonunda qeyd olunub.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Neftçala Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Vüsal Şəbəndəyev, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının rəhbərləri, YAP Neftçala rayon təşkilatının sədri, polis şöbəsinin kollektivi, şəhid ailələri və veteran polis işçiləri iştirak ediblər.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Neftçala Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Vüsal Şəbəndəyev və digər natiqlər Azərbaycan polisinin keçdiyi 105 illik şərəfli xidmət yolundan, ictimai asayişin, daxili təhlükəsizliyin, həmçinin, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında polis əməkdaşlarının əvəzsiz rolundan, Prezident İlham Əliyevin polis əməkdaşlarına göstərdiyi xüsusi diqqətdən, qayğıdan danışıblar.
Tədbirdə Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazovun təbriki diqqətə çatdırılıb və bir qrup polis əməkdaşı vəzifələrini layiqincə yerinə yetirdiyinə görə fəxri fərmanlarla təltif olunub.