
Almaniyada Erdmannhausen bələdiyyəsi avtomobillərin səsinə görə cərimələr tətbiq edib.
Qapını yüksək səslə çırpan sürücülər 80 avro cərimə ilə üzləşirlər.
“Nəqliyyat vasitələrindən lazımsız səs-küy” tənzimləyən sərəncam şəhər şurası tərəfindən yekdilliklə təsdiq edilib. Sənəddə avtomobil mühərrikxanalarının lüzumsuz şəkildə açıq qalması, avtomobilin və qarajın qapılarının çox yüksək səslə çırpılması, həmçinin yükləmə-boşaltma əməliyyatları zamanı arzuolunmaz səs-küy yaradılması qadağan edilir.
Bundan başqa, sənəd yaşayış binalarının girişlərində və həyətlərində lüzumsuz səs siqnallarının verilməsini, həmçinin motosiklet və mopedlərin işə salınmasını qadağan edir. Qaydaların pozulması 80 avroya qədər cərimə ilə cəzalandırılır.