Azərbaycanda ən böyük körpünün tikintisinə başlanacaq

access_time6-04-2023, 16:02 visibility34 categoryCəmiyyət
Azərbaycanda ən böyük körpünün inşasına başlanacaq.
Bunu Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun genişləndirilməsi layihəsi ilə bağlı bu gün Bakıda keçirilən ictimai dinləmələrdə "Gidrotransproyekt" Elmi Tədqiqat Mərkəzinin direktoru Natiq Əliyev deyib.
O bildirib ki, yeni körpü Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunda inşa ediləcək: "Həmin ərazi sürüşmə zonası olduğundan orada böyük körpünün inşası planlaşdırılıb. Körpünün uzunluğu 1180, hündürlüyü isə 83 metr olacaq. Körpü Azərbaycanda ən böyük yol ötürücüsü olacaq".
Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş