Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Bakıda dodaq dolğusu etdirən qadının başına iş gəldi

Tarix :
Bakıda dodaq dolğusu etdirən qadının başına iş gəldi

Bakıda dodağına və alnına dolğu vurduran qadın problemlə üzləşib.
“Qafqazinfo” xəbər verir ki, bundan sonra sifətində xoşagəlməz vəziyyət yarandığını deyən paytaxt sakini 1984-cü il təvəllüdlü V.A. hüquq-mühafizə orqanlarına müraciət edib.
O, fevralın 19-da Nərimanov rayonu Həsən Əliyev küçəsində yerləşən kosmetoloji mərkəzdə dodaq və alın nahiyəsinə dolğu vurduruğunu, lakin az sonra üzündə problemlərin yarandığını deyib. Şikayətçi kosmetoloq X.Mirzəyevanın məsuliyyətə cəlb edilməsini tələb edib.
V.A.-nın Nərimanov Rayon Prokurorluğuna etdiyi müraciət aidiyyəti üzrə Nərimanov Rayon Polis İdarəsinə göndərilib.
Araşdırmalar davam etdirilir.