Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

"Azərbaycanın Türkiyəyə yardımı qardaşlıq borcudur" - Prezident

Tarix :
"Azərbaycanın Türkiyəyə yardımı qardaşlıq borcudur" - Prezident

"Azərbaycanın Türkiyəyə yardımı qardaşlıq borcudur".
Bunu Prezident İlham Əliyev Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarı qəbul edərkən deyib.
Dövlət başçısı zəlzələ zamanı həlak olanlara bir daha Allahdan rəhmət diləyib.
Prezident İlham Əliyev bu yaxınlarda Ankarada Türkiyə Prezidenti ilə görüşünü və Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərlərini məmnunluqla xatırlayıb. Türkiyə Prezidentinin işğaldan azad edilmiş ərazilərimizə səfərlərinin xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdıran Azərbaycan Prezidenti Türkiyənin müdafiə sənayesinin son illərdə çox böyük nailiyyətlər əldə etdiyini, bu xüsusda “Baykar” şirkətinin fəaliyyətinin aparıcı rol oynadığını vurğulayıb. Dövlətimizin başçısı bu şirkətin məhsullarının Vətən müharibəsi dövründə erməni işğalçılarının hərbi texnikasının məhv edilməsində oynadığı rolu bir daha qeyd edib.