Jalə Oqtayzadə bu dəfə Goranboyda seçicilərlə görüşdü – FOTOLAR

Tarix :
Jalə Oqtayzadə bu dəfə Goranboyda seçicilərlə görüşdü – FOTOLAR

122 saylı Xankəndi seçkin dairəsindən deputatlığa namizəd həkim-endokrinoloq Jalə Oqtayzadə seçicilərlə görüşlərini davam

“Yeni Əkinçi” xəbər verir ki, deputatlığa namizəd bu dəfə Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində və məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə müvəqqəti olaraq məskunlaşmış Xankəndi əhalisi ilə görüşüb. 

Seçicilərin evlərində qonaq olan Jalə Oqtayzadə ilk növbədə onları maraqlandıran sualları cavablandırıb, seçki platforması haqqında məlumat verib. Daha sonra seçiciləri narahat edən məsələləri dinləyib, lazımı qeydlər aparıb. 

Deputatlığa namizəd 44 günlük Vətən Müharibəsinin xankəndili qəhrəmanı Xəqani Kamran oğlu Nəsirovun ailəsini də ziyarət edib. Bildirilib ki, Nəsirovlar ailəsi 1988-ci ildə Xocalıya köç ediblər. Xocalıdan didərgin düşən ailə əvvəlcə Şirvanda, sonra Naftalanda, 2002-ci ildən isə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşıb. 

Xəqani Nəsirov 27 sentyabr Talış və Suqovuşanın işğaldan azad edilməsi zamanı şəhid olub. Şəhidimizin atası Kamran Nəsirov deputatlığa namizəd Jalə Oqtayzadənin səlahiyyətli nümayəndəsidir. 

Deputatlığa namizəd daha sonra Goranboy rayon Heydər Əliyev mərkəzində Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.