Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Azərbaycan xalqı öz seçimini edib... - Xalq seçkidə Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcək...

Tarix :
Azərbaycan xalqı öz seçimini edib... -  Xalq seçkidə Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcək...



Əli Kərimlinin AXCP-si siyasi kantordur... 
Əli Kərimlinin siyasi riyakarlığı... 
Məlumdur ki, Azərbaycan cəmiyyəti möhtəşəm bir siyasi proses ərəfəsindədir. 2024-cü ilin fevralın 7-də ölkədə növbədənkənar Prezident seçkiləri keçiriləcək. Bu seçkinin bir özəlliyi də odur ki, ölkə  tarixində ilk dəfə bütöv Azərbaycan ərazisində  seçki keçiriləcək. Belə ki, 30 illik işğaldan sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Rəşadətli Ordumuzun Qəhrəmanlığı sayəsində torpaqlarımız işğaldan azad olunub, dövlətimizin ərazi bütövlüyü  bərpa olunub. Və bu seçkinin nəticəsində Azərbaycan yeni bir mərhəlləyə daxil olacaq. Bu seçki həm də sivil dünyaya sübut edəcək ki, Azərbaycan 1993-cü ildən bəri həmişə tam demokratik şəraitdə seçki keçirib, indi də şəffaf seçki keçirərək öz liderini müəyyən edəcək. 
Məlumat üçün qeyd edək ki, hər dəfə seçkidən sonra müxtəlif beynəlxalq  təşkilatlar, ATƏT və s öz maraqlarına uyğun bəyanatlar verir, seçkiyə kölgə salmağa çalışırlar. Amma bu dəfə  bütün beynəlxalq  təşkilatlar seçkinin tam şəffaf şəkildə, demokratik yolla keçirilməsinin bir daha şahidi olacaqlar. Bunun üçün MSK rəhbərliyi bəyan edib ki, qapılarımız bütün beynəlxalq təşkilatların üzünə açıqdır. 
Bütün bunlar ortada olduğu halda Əli Kərimlinin “müdir” olduğu Azərbaycan Xalq Cəbhəsi Partiyası  riyakar bəyanatlar verirlər, guya seçkini baykot etdiklərini bəyan edirlər. Əli Kərimli bəyan edir ki, guya ölkədə siyasi dustaqlar var və belə bir qeyri-demokratik mühitdə guya demokratik seçki keçirmək mümkün deyil. 
Birinci siyasi dustaq məsələsindən başlayaq. Hansı siyasi dustaqdan söhbət gedə bilər, ay Əli Kərimli..? Siyasi dustaq siyasi düşüncəsinə, siyasi mövqeyinə görə həbs olunan şəxsə deyirlər. Əli Kərimli yəqin ki, əcnəbi ölkələrə, xarici beynəlxalq təşkilatlara agentlik edənləri nəzərdə tutur. Əli Kərimlidən soruşan lazımdır ki, agent, cəsus nə vaxtdan siyasət adamı hesab olunur..? 
Bəli, neçə illərdir ki, Əli Kərimlinin ətrafında xarici agent şəbəkəsi fəaliyyət göstərir. Belə ki, onlar xarici donor təşkilatlarından külli miqdarda pul alaraq ölkəmiz barəsində mənfi informasiyalar yayırlar. Və Əli Kərimlinin muzdlu adamları beynəxalq təşkilatların pulunu gizli yolla gətirib Əli Kərimliyə çatdırırlar. Bu muzdlu agentləri Əli Kərimli beynəlxalq təşkilatların siyahısına  siyasətçi kimi yazdırır. 
İndi keçək  Əli Kərmlinin ikinci “arqument”inə... Əli Kərimli bəyan edir ki, ölkədə qeyri-demokratik şərait olduğu üçün seçkini guya baykot edirlər. Əli Kərimlidən soruşan lazımdır ki, siz cəbhəçilər 1992-ci ildə seçkini saxtalaşdıranda ölkədə demokratiya qıcqırmışdı..? Heç kimə  sirr deyil ki, AXC 1992-ci ildə seçkini nə qədər saxtalaşdırsa da, o zaman Nizami Süleymanova qalib gələ bilmirdi. 
Başqa bir fakta nəzər salaq. Əli Kərimli 1995-ci ildə parlament seçkilərinə qatılıb 5 mandat əldə edəndə niyə demokratiyadan danışmırdı...? Yaxud 2003-cü ildə AMİP sədri Etibar Məmmədovun namizədliyini müdafiə edəndə, yaxud 2013-cü ildə Cəmil Həsənlinin namizdəliyini müdafiə edəndə niyə demokratiya söhbəti eləmirdi..? Deməli, Əli Kərimlinin qarnının ağrısı başqadır. 
Bəli, cənab Prezident İlham Əliyev az qala 100 illik Qarabağ problemini qəti şəkildə həll edərək öz adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdı. Və bu gün cənab İlham Əliyevin reytinqi o qədər YÜKSƏK-dir ki, onunla seçki marafonuna qatılmaq Əli Kərimli kimi SİYASİ LİLİPUT-lar üçün gülüncdür. Yəni Azərbaycan xalqı hətta Əli Kərimli kimilərin namizədliyinə ironiya ilə yanaşırlar. Bax, seçkiyə getməməyin yeganə səbəbi budur. Və bir daha qeyd edirik ki, Azərbaycan xalqı artıq öz seçimini edib. Cənab İlham Əliyev Azərbaycan xalqının əbədi lideridir. 
Biz öz liderimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevlə fəxr edirik, həm öz adımdan, həm də kollektivimiz adından Xalqımızın fəxri olan cənab Prezidentimizi ad günü münasibətilə təbrik edirik!

Habil Vəliyev "Yeni Əkinçi" Qəzetinin Baş Redaktoru